22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Sapanca gölünün suyu çəkilib

25-09-2024
IMG

Sakaryadakı Sapanca gölünün suyu 17 metr çəkilib. Son ölçmələrdə Sapanca gölünün su səviyyəsi 30,57 metr olaraq ölçülüb. Su itkisi səbəbindən estakadalar susuz qalıb, göldəki qayıqlar tamamilə sahilə çıxıb.

Bütün xəbərdarlıqlara baxmayaraq, yay mövsümündə qanunsuz suvarma, göl suyundan istifadə  və digər amillər nəticəsində göl hövzəsi su itkisindən sonra sahildən 17 metr geri çəkilib.

Maksimum doluluğu 32,20 metr olan Sapanca gölünün su səviyyəsi son ölçmələrdə 30,57 metr olaraq qeydə alınıb.

Paylaş: