22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Sapanca gölündə suların çəkilməsi ilə tarixi bir tikili ortaya çıxıb

13-11-2024
IMG

Türkiyənin Kocaeli və Sakarya bölgəsində 3 milyon insanın içməli su ehtiyacını qarşılayan və Mərmərə bölgəsinin ən böyük təbii sərvəti olan Sapanca gölündə son aylarda yağıntıların azalması səbəbindən su səviyyəsi azalıb. Suyun səviyyəsi 30,13 metrə enib ki, bu da son 5 ilin ən aşağı hündürlüyüdür. Sular çəkildikcə Kocaelinin Kartepe rayonunda gölün sahilindən 300 metr aralıda tarixi daş tikili meydana çıxıb. Əvvəlki illərdə suyun çəkilməsi ilə ortaya çıxan quruluşun tarixi kilsənin xarabalığı olduğu bildirilib.

Paylaş: