Şanxay son 75 ildə müşahidə etdiyi ən güclü qasırğanın təsiri altındadır
Çinin ən böyük şəhəri Şanxay 1949-cu ildə “Qloriya” qasırğasından sonra sahillərinə çatan ən şiddətli “Bebinca” qasırğasının təsirini gün boyu hiss edib.
Yerli hökumətdən verilən açıqlamalara görə, səhər saatlarında Çin sahillərinə çatan qasırğa səbəbiylə Şanxayda küçələr su altında qalıb, təyyarə, qatar və bərə səfərləri ləğv edilib, evlərdə elektrik enerjisi kəsilib.Son 75 ildə şəhərə təsir edən ən şiddətli qasırğa nəticəsində indiyədək heç bir insan tələfatı qeydə alınmasa da, bir nəfər xəsarət alıb.
Bildirilib ki, şəhər mərkəzinin şimalında yerləşən Çonminq adasında yaxınlıqdakı ağacın aşması nəticəsində yaşlı bir kişi xəsarət alıb.Sürəti saatda 151 kilometrə çatan külək nəticəsində 380-dən çox ev elektrik enerjisini itirib, 324 hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib.
Yaxınlaşan qasırğadan əvvəl fırtınanın vuracağı gözlənilən sahillərdə yaşayan 414 min insan dünən gecəyə qədər təhlükəsiz bölgələrə təxliyə edilib.
Qasırğa səbəbindən şəhərin iki hava limanında 1400-dən çox reys ləğv edilib. Bundan əlavə, 600-dən çox qatar və 34 bərə fəaliyyət göstərə bilməyib.
“Bebinca” tayfunu günorta saatlarından intensivliyini azaldıb və Şanxayı əhatə edən Jiangsu, Ciciang və Anhui əyalətlərinin daxili hissələrinə doğru hərəkət edib.
Çində çərşənbə gününə qədər davam edəcək Payız Ortası Festivalı zamanı şiddətli yağış gözlənilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...