22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Sənət əsərlərinin beyinə təsiri araşdırılıb

03-10-2024
IMG

Müəyyən edilib ki, muzeylərdəki əsl sənət əsərləri faks və ya afişalardan daha çox beyni stimullaşdırır.

Hollandiya alimlərinin göz izləmə və MRT taramalarından istifadə edərək apardıqları araşdırmada orijinal əsərlər və posterlər arasında beyin stimullaşdırılmasında böyük fərq olduğu ortaya çıxıb. Haaqa Mauritshuis Muzeyinin sifarişi ilə barokko rəssamı Yan Vermeerin “Mirvari Sırğalı Qız” tablosunun sərgiləndiyi araşdırmada orijinal əsərləri və onların reproduksiyasını araşdıran 20 iştirakçının beyin fəaliyyəti müşahidə edilib. Araşdırma nəticəsində məlum olub ki, orijinal əsərlərə baxanların beyin fəaliyyəti reproduksiyaya baxanlardan 10 dəfə yüksəkdir. 

Araşdırmanı aparan Neurensics tədqiqat institutunun həmtəsisçisi Martin de Munnik tədqiqatın iki əsas elementə əsaslandığını bildirir. Yaşı 21-65 arasında olan iştirakçılar beyinlərində elektrik aktivliyini qeyd etmək üçün istifadə edilən EEG skaneri ilə göz izləmə avadanlığı taxıblar. Həmin şəxslərdən əvvəlcə muzeydəki 5 rəsm əsərinə, daha sonra isə muzeyin mağazasında satılan afişalarına baxmaları istənilib. 

Neyroloqlar Amsterdam Universitetində MRT aparatına qoşulan avadanlıqla əldə edilən nəticələri araşdırıblar. Tədqiqatçılar orijinal sənət əsərlərinin beynin şüur, düşüncə və şəxsi xatirələrdə iştirak edən hissəsi olan prekuneus bölgəsində güclü müsbət reaksiya doğurduğunu müşahidə ediblər.

Paylaş: