Samsunda meydana gələn çökmədə 2 nəfər torpaq altında qalıb
Türkiyənin Samsun bölgəsində su çıxarmaq üçün quyu qazan iki nəfər sürüşmə nəticəsində dağıntılar altında qalıb. Qəzadan sonra xilasetmə qrupları hərəkətə keçərək işə başlayıb.
Hadisə Samsunun Bafra rayonunun Evrenuşağı məhəlləsində baş verib. Əldə edilən məlumata görə, Mustafa Səbri Bayraktar və Mustafa Aydın bağçada içməli su çıxarmaq üçün quyu qazmağa başlayıblar. Bu arada torpağın çökməsi nəticəsində Mustafa Səbri Bayrak və Mustafa Aydın torpaq altında qalıb. Hadisə ilə bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat verilib.
Hadisə yerinə jandarma, xilasetmə, AFAD, UMKE qrupları və təcili yardım sövq edilib. Yerin altında qalan iki nəfərin çıxarılması üçün işlər davam edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...