22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Samoalı nazir: Kiçik ada dövlətlərinin iqlim dəyişikliyi səbəbindən üzləşdiyi böyük çətinliklər ön plana çıxarılmalıdır

13-11-2024
IMG

Kiçik ada dövlətlərinin iqlim dəyişikliyi səbəbindən üzləşdiyi böyük çətinliklər, onların həssaslığı və xüsusi iqlim maliyyələşdirməsinə təcili ehtiyacı ön plana çıxarılmalıdır.

Fhnews.az xəbər verir ki, bu fikirləri Samoanın təbii sərvətlər, ətraf mühit və torpaqlar naziri Toeolesulusulu Cedric Pose Salesa Schuster COP29 çərçivəsində İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) iqlim dəyişmələrinə həsr olunmuş Liderlər Sammitində səsləndirib.

Nazir deyib: “Paris Sazişini həyata keçirməyə dəstək olmaq üçün SIDS-in yeni iqlim maliyyələşdirməsi əhəmiyyətlidir. Konkret tədbirlər arasında SIDS üçün minimum illik 39 milyon dollar və digər inkişaf etməkdə olan ölkələr üçün 220 milyard dollar ayrılması yer alır".

O, uyğunlaşma üçün maliyyənin ikiqat artırılmasının, qrant əsaslı maliyyələşmənin tətbiqinin vacibliyini vurğulayıb.

Toeoles Sedrik Şuster iqlim öhdəliklərinin yerinə yetirilməsi və İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) hesabatlarına uyğunlaşma üçün siyasi iradə göstərilməsinə çağırıb.

Paylaş: