Salonikidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Salonikidə yerləşən qərargahında Qanlı Yanvar faciəsinin şəhidlərinin anım tədbiri keçirilib.
Fhnews.az xəbər verir ki, tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə yanaşı, digər millətlərin nümayəndələri və yunanlar da iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov 20 Yanvar hadisələri barədə geniş məlumat verib. O, həmin gecənin Azərbaycan xalqının tarixində təkcə faciə deyil, həm də azadlıq, müstəqillik uğrunda mübarizə, qəhrəmanlıq səhifəsi və milli azadlığın oyanış günü kimi həkk olunduğunu vurğulayıb.
Tədbir çərçivəsində 20 Yanvar hadisələrini özündə əks etdirən edən sənədli film nümayiş olunub və ehsan süfrəsi ətrafında müzakirələr aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...