Sakit okeanın şimalında gözlənilən Kaskadiya zəlzələsi ilə bağlı proqnoz
ABŞ-da aparılan bir araşdırma Kanadanın Vankuver adasından ABŞ-nın Kaliforniya əyalətinin şimalına qədər uzanan ərazini əhatə edən Kaskadiya subduksiya zonası kimi tanınan bölgədə gözlənilən dəhşətli zəlzələnin daha böyük və daha dağıdıcı ola biləcəyini ortaya qoydu.
“Science Daily” jurnalının məlumatına görə, ABŞ Milli Elm Fondunun təşəbbüsü ilə aparılan araşdırmada Sakit okeanın şimalında Kaskadiya subduksiya zonası boyunca dəniz dibinin altında yerləşən bir çox mürəkkəb strukturlar haqqında əhatəli məlumatlar əldə edilib.
Kanadanın Britaniya Kolumbiyası sahillərində və ABŞ-nın Vaşinqton və Oreqon əyalətlərində 41 günlük araşdırma nəticəsində əldə edilən məlumatlarda Kaskadiya subduksiya zonasında yer qabığının iki qatının bir-birinə doğru sürüşdüyü müəyyən edilib.
Tədqiqatçılar istifadə etdikləri yeni texnologiyalarla bu təbəqələrin forması və hərəkətləri ilə bağlı əldə etdikləri məlumatların onların həyəcanverici dərəcədə böyük zəlzələlər və nəhəng dalğalar yarada biləcəyini göstərdiyini deyirlər.
Tədqiqatçılar araşdırmada əldə edilən məlumatlarla növbəti Kaskadiya zəlzələsinin maqnitudası və yeri ilə bağlı proqnozların daha doğru olduğunu qeyd edir və bölgədəki yer qabığının plitələrindəki hərəkətin daha böyük maqnitudada zəlzələ yaratma potensialına malik olduğunu qiymətləndirirlər.
Bölgədə baş vermə ehtimalı olan zəlzələnin böyüklüyünün 9 və ya daha çox olma potensialının olduğunu bildirən alimlər bunun 2011-ci ildə Yaponiyada Fukuşima nüvə fəlakətinə səbəb olan zəlzələyə bənzər təsir göstərə biləcəyini qiymətləndirirlər.
Bölgədəki son böyük zəlzələnin 1700-cü ilin yanvarında meydana gəldiyinə diqqət çəkən Amerikalı alimlər araşdırmada əldə edilən məlumatların gözlənilən böyük zəlzələyə hazırlıq baxımından əhəmiyyətli məlumatlar verdiyini bildirirlər.
Qeyd edək ki, dünyadakı bütün zəlzələlərin 90 faizi və böyük zəlzələlərin təqribən 80 faizi Sakit Okean seysmik zonasında baş verir və bur "atəş halqası" adlanır. Dünyada baş verən zəlzələ növlərinin demək olar ki, hamısını tektonik zəlzələlər təşkil edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...