Sakit Okeanın dibində dinozavrların yaşadığı dövrə aid sirli bölgə aşkar edilib
Sakit okeanda Şərqi Sakit Okean yüksəlişi adlanan orta okean silsiləsi var. Plitələrin bir-birindən uzaqlaşdığı bu bölgənin dəniz dibinin formasına və vulkanik fəaliyyətlərə təsir etdiyi düşünüldüyü üçün yaxından araşdırılır.
Şərqi Sakit okean yüksəlişinə səs dalğaları göndərərək seysmik məlumatlardan xəritə yaradan elm adamları yeni bir araşdırmada gözlənilməz mənzərə ilə qarşılaşıblar. Sakit Okeanın dibində dinozavrların yaşadığı dövrə aid sirli bölgə aşkar edilib. Onlar Yer mantiyasının səthindən 410 ilə 660 kilometr aşağıda olduqca qalın bir sahə kəşf ediblər.
Tədqiqatçılar bu quruluşun təqribən 250 milyon il əvvəl bir tektonik plitənin digərinin altından sürüşərkən sıxılması nəticəsində meydana gəldiyini düşünürlər. Bu dövr 252 milyon il əvvəl başlayan və 66 milyon il əvvəl sona çatan Dinozavrlar dövrü olaraq da bilinən Mezozoy Dövrünə təsadüf edir.
Ətraf bölgələrə nisbətən daha soyuq və sıx olduğu təsbit edilən bu boşqab quruluşu qədim dəniz dibinin daşlaşmış parçasına bənzədilib.
“Science Advances” jurnalında dərc olunan araşdırmaya rəhbərlik edən geoloq Jingchuan Vang “Bu qalınlaşmış sahə təxminən 250 milyon il əvvəl Yerə batmış qədim dəniz dibinin daşlaşmış barmaq izinə bənzəyir.Plitələrin bir-birinin altında sürüşməsi prosesini başa düşmək vacibdir, çünki bu, seysmik fəaliyyətdən vulkanik fəaliyyətə qədər müxtəlif hadisələrə təsir göstərir.”-deyib.
Prosesin düşündüyündən fərqli sürətlə baş verə biləcəyini göstərən yeni araşdırma elm adamlarının üfüqlərini genişləndirir və özü ilə yeni sual işarələri də gətirir.
Tədqiqatçılar hələ də okean dibində bu vəziyyətin nədən qaynaqlandığını dəqiq bilmirlər. Sakit okeanın digər hissələrində tektonik plitələrin xəritəsini çəkməyi planlaşdıran komanda bu suala cavab tapacağına ümid edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...