Sakit okeanda dünyanın ən böyük mərcanı aşkarlanıb
Tədqiqatçılar Sakit okeanın cənub-qərbində dünyanın ən böyük mərcanını aşkar ediblər.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, mərcanın diametri 32 metr, hündürlüyü isə 5,5 metrdir. O, “National Geographic Pristine Seas” komandasının dəniz alimləri tərəfindən Solomon adalar qrupunun yaxınlığında aşkarlanıb.
Alimlərin sözlərinə görə, mərcan təxminən 1 milyard polip şəbəkəsindən ibarətdir, yaşı isə 300-500 il diapazonu arasındadır. “National Geographic” tədqiqatçısı Enrik Sala tapıntını mühüm elmi kəşf adlandırıb. Komanda mərcanın yaxşı vəziyyətdə olduğunu bildirsə də, qlobal istiləşmənin təsirlərindən sığortalanmadığı barədə xəbərdarlıq edib.
Sonrakı araşdırmalar göstərib ki, mərcan bir neçə dəniz heyvanı növü üçün mühüm sığınacaq və çoxalma yeridir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...