Sakaryada makaron fabrikində baş verən partlayışda 30 nəfər yaralanıb
Türkiyənin Sakarya bölgəsinin Hendek rayonunda makaron fabrikində baş verən partlayışda 30 nəfər yaralanıb. Partlayışdan sonra yanğın başlayıb.Xəbər üzərinə hadisə yerinə şəhər mərkəzi, rayon və ətraf rayonlardan təcili yardım və xilasetmə, həmçinin AFAD, Meşə Regional Müdirliyi və polis qrupları sövq edilib.
Alovu nəzarətə götürən yanğınsöndürmə briqadası soyutma işlərini davam etdirir. Digər tərəfdən çevik qüvvət qrupları riskli olduğu səbəbiylə bölgədə təhlükəsizlik çevrəsini genişləndirib.
İlkin təsbitlərə görə partlayışın dəyirman hissəsində olduğu ehtimal edilir, ancaq yanğın tamamilə söndürüldükdən sonra dəqiq məlumat veriləcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...