22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Şəkərli diabet əleyhinə daha təsirli dərmanların axtarışı davam edir

27-08-2024
IMG

Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimlərinin Türkiyənin Atatürk və Bartın Universitetlərindən olan həmkarları ilə birgə beynəlxalq elmi əməkdaşlıq çərçivəsində “Şəkərli diabet əleyhinə potensial dərman maddələri təsirinə malik enzim-izoenzim inhibitorların tapılması” istiqamətində apardıqları tədqiqatların mühüm nəticələri növbəti məqalə şəklində dərc olunub.

İnstitutdan verilən məlumata görə, müfəssəl araşdırma zamanı yeni regioselektiv sulfamid birləşmələri sintez olunub. Onların arasında farmakofor qrupları olan regioselektiv sulfamid birləşmələrinin dörd nümayəndəsinin bioloji aktivliyi ətraflı öyrənilib. Bu işdə istifadə edilən birləşmələr α-amilaza, AR və α-qlikozidaza fermentlərinə qarşı təsirli inhibitor xüsusiyyətlər nümayiş etdirib və həmin fermentlərin güclü inhibitorları olmaq potensialına malikdir. Sonda regioselektiv sulfamid birləşmələrin şəkərli diabetin ağırlaşmalarının müalicəsində və ya qarşısının alınmasında faydalı ola biləcəyi çoxsaylı analizlərlə müəyyənləşdirilib.

Paylaş: