22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Şəkər qəbulunun azaldılmasının orqanizm üçün hansı faydaları var?

06-02-2024

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasını davam etdirir.

Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, kampaniya ilə əlaqədar aparılan təbliğat-təşviqat işləri çərçivəsində “Şəkərin azaldılması orqanizmimizə necə təsir edəcək?” mövzusunda növbəti videoçarx hazırlanıb.

Videoçarxda şəkər qəbulunu azaltmağın 7 əsas faydasından bəhs olunub. Şəkərin normaya uyğun qəbul edilməsinin II tip şəkərli diabet, ürək-damar, Altsheymer və xərçəng xəstəliklərinin yaranma riskini azaltması ilə nəticələnəcəyi bildirilib. Eyni zamanda şəkər qəbulunun azaldılması ilə beynin daha yaxşı fəaliyyət göstərəcəyi, immunitetin möhkəmlənəcəyi, dişlərin daha sağlam, nəfəsin isə daha təravətli olacağı vurğulanıb.

Qeyd edək ki, AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.

Paylaş: