Səhiyyə Nazirliyində Koreyanın “Kyung Hee” Tibb Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Koreyanın aparıcı tibb universitetlərindən biri olan “Kyung Hee” Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Fhnews.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, həmçinin iki ölkə arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb. “Koreya Respublikasında səhiyyə sahəsində inkişaf etmiş sistem yaradılıb. Rəqəmsal texnologiyalar bütün dünyada bu sahənin inkişafı üçün prioritet hesab olunur və gələcəkdə səhiyyənin ən mühüm elementi kimi yer alacaq. Rəqəmsallaşma səhiyyə xərclərini artırmadan xidmətlərin əlçatanlığını və keyfiyyətini təmin edir. Bununla belə, dövlətin iştirakı olmadan rəqəmsal səhiyyənin inkişafı mümkün deyil. Biz səhiyyə sisteminin təşkilində Koreya təcrübəsini öyrənməkdə maraqlıyıq”, - deyə nazir vurğulayıb.
T.Musayev ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Azərbaycan xalqının yüksək qonaqpərvərliyinə diqqət çəkən “Kyung Hee” Universitetinin nümayəndələri belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacib olduğunu vurğulayıblar. Həmçinin Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraq ifadə olunub. Diqqətə çatdırılıb ki, ənənəvi Koreya təbabətində aparıcı məktəb hesab olunan “Kyung Hee” Universitet Sisteminə 50-yə yaxın köməkçi elmi-tədqiqat institutları daxildir.
Görüş zamanı tərəflər müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq üçün potensial imkanları müzakirə ediblər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...