Səhiyyə Nazirliyi Gəncədə “İlk tibbi yardım - ikinci həyata addım” adlı fleşmob keçirib
Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında maarifləndirici tədbir və fleşmoblar keçirilir.
Fhnews.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, növbəti aksiya Gəncə şəhərində təşkil olunub.
Nazirliyin Gəncə Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi əhali arasında ilk yardım bacarıqlarının yiyələnməsi, eyni zamanda bu sahədə maarifləndirmə işlərin aparılmasıdır. Budəfəki tədbirdə elektrik vurmalar, epilepsiya tutmaları, qanaxmalar, yanıqlar, zəhərləmələr və digər fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları əyani şəkildə nümayiş etdirilib.
Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzin tezliyi ölçülüb. Kollecin tələbələri, həmçinin ürəyin qapalı masajı və süni tənəffüs qaydalarını nümayiş etdiriblər. Sonra aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.
Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub.
Daha sonra Gəncə Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə İlk tibbi yardım - ikinci həyata addım” adlı fleşmob təşkil olunub.
Fleşmobda kollecin tələbələri tərəfindən müxtəlif təxirəsalınmaz vəziyyətlərdə ilk tibbi yardımın düzgün şəkildə göstərilməsi qaydaları əyani olaraq nümayiş etdirilib.
Həmçinin, “İlk tibbi yardımı öyrən - tətbiq et!” adlı viktorina keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub.
Qeyd edək ki, gələcəkdə Səhiyyə Nazirliyi maarifləndirici aksiya və fleşmobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsi planlaşdırır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...