Şəhid ailələri üzvləri və müharibə veteranlarına ödənilən müavinət və təqaüdlərin məbləği açıqlanıb
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirlərinin bir istiqaməti də onların sosial ödənişlərlə təminatıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin dövrdə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,1 min şəxsə birdəfəlik ödəmə təyin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, postmüharibə dövründə həmin kateqoriyalara aid şəxslərə ödənilən müavinət və təqaüdlərin məbləği orta hesabla iki dəfəyədək artırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...