Şahdağa 31 sm qar yağıb, dağlarda şaxta olub - FAKTİKİ HAVA
Martın 25-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Fhnews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilıib ki, qar örtüyünün hündürlüyü Şahdağda 31 sm, Qrızda 3 sm, Qusarda 1 sm olub.
Düşən yağıntının miqdarı Ağsuda 11 mm, Goranboy, Ağdamda 9 mm, Yevlaxda 8 mm, Zərdab, Mingəçevirdə 7 mm, İsmayıllı, Göyçay, Astara, Naftalanda 6 mm, Kürdəmir, Beyləqanda 5 mm, Yardımlı, Tərtər, Şəki, Oğuz, Xaltan, Lənkəran, Lerik, Qəbələ, Göygöl, Şamaxı, Bərdə, Cəfərxan, İmişli, Şahdağ, Quba, Qusar, Balakən, Şahbuz, Ordubad, Sədərək, Qrız, Qobustan, Zaqatala, Şərur, Culfa, Gədəbəy, Sabirabadda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Oğuz, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Göyçay, Balakən, Xaltan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 6 Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 0-3 dərəcə şaxta olub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...