Şahbuz rayonunda içməli su təminatı yaxşılaşdırılır
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin Şahbuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun və ətraf kəndlərinin içməli su təminatını yaxşılaşdırmaq üçün işlər davam etdirilir.
Fhnews.az xəbər verir ki, Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, rayona gələn içməli su xəttinə əlavə qoşulmalar etmək üçün “Cin” dağı adlanan ərazidə yolun hamarlanması işləri yekunlaşıb. Hazırda idarə əməkdaşları tərəfindən diametri 110 millimetrlik plastik borularla ümumi uzunluğu 1400 metr olan xəttin çəkilişinə başlanılıb. Görülən işlər yekunlaşdıqdan sonra rayon və ətraf kəndlərin içməli su təminatı yaxşılaşacaq.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...