Sahara səhrasında 50 ildir baş verməyən daşqın
Mərakeşin cənub-şərqində dünyanın ən böyük isti səhrası olan Saharada son 50 ildə ilk dəfə daşqın qeydə alınıb. İki gün ərzində yağan yağışlar nadir bir daşqına səbəb olaraq Şimali, Mərkəzi və Qərbi Afrikada 10 ölkəyə yayılıb.
Mərakeş Meteorologiya Agentliyindən Hussein Youabeb bildirib ki, dünyanın ən quraq yerlərindən biri olan Cənub-Şərqi Mərakeşdə qısa müddət ərzində bu qədər yağış yağmasından 50 il keçir. Paytaxt Rabatdan 450 kilometr cənubda yerləşən Tagounite kəndində 24 saat ərzində 100 millimetrdən çox yağış qeydə alınıb. Mərakeş Meteorologiya Agentliyinin məlumatına görə, buna səbəb havanın daha çox nəm tutmasından yaranan buxarlardır.
Dünya Meteorologiya Təşkilatının məlumatına görə, dünyada su dövranları daha tez-tez dəyişməyə başlayıb Bu, həm də daha gözlənilməz hala gəlib. Qlobal istiləşmə səbəbiylə hadisələr daha çox adi hala çevrilir və alimlərin fikrincə, oxşar fırtınalar gələcəkdə Sahara səhrasında təkrarlana bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...