Sabah paytaxtda növbəti genişmiqyaslı ümumşəhər iməciliyi keçiriləcək
Son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində küçə, yol kənarlarında, həyət və məhəllələrdə yaranmış tozun təmizlənməsi, şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şənbə günü, avqustun 10-da paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb.
Fhnews.az xəbər verir ki, bu barədə BŞİH-nin mətbuat xidmətindən məlumat verilib.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə və özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, obyektlərin vitrinlərini və ətraf ərazilərini təmizləməyə çağırır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...