Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək
Azərbaycanda avqustun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq.
Atmosfer təzyiqinin normadan aşağı - 754 millimetr civə sütunu olacağı gözlənilir.
Nisbi rütubət gecə 60-70 faiz, gündüz 35-40 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti: Cənub-şərq küləyi əsəcək.
Şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada dəniz suyunun temperaturu 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...