22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Sabah bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacaq

18-09-2024
IMG

Azərbaycanda sentyabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-19°, gündüz 22-26° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-27° isti, dağlarda gecə 5-9°, gündüz 10-15° isti olacaq.

Paylaş: