Sabah Bakının bir neçə ərazisində qaz təchizatının verilməsində müvəqqəti fasilə yaranacaq.
Sabah saat 10:00-dan etibarən təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı “Bahar” QTM-dən dayandırılacaq.
Fhnews.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumata görə, işlər başa çatanadək Suraxanı rayonu, Bahar və Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təmir- bərpa işləri eyni zamanda Binəqədi rayonu 7-ci Mikrorayon Abay Kunanbayev küçəsində və Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində də görüləcək. Bu baxımdan 24.07.2024-cü il saat 10:00-dan etibarən Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrinin və Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...