22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Sabah Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimalı var

30-03-2024

Azərbaycanda martın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.

Fhnews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 17-22° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 10-15° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, yüksək dağlıq ərazilərdə 4°-dək şaxta, gündüz 11-16° isti olacağı gözlənilir.

Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 16-21° isti olacağı güman edilir.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhərdən yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacağı güman edilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 16-21° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüzdən yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 13-18° isti, dağlarda gecə 0-3°, gündüz 5-8° isti olacağı proqnozlaşdırılır.

Paylaş: