Rusiyanın Tambov vilayətində yanğın nəticəsində 3 nəfər ölüb
Rusiyanın Tambov vilayətinin Lukino kəndində fərdi yaşayış binasında baş vermiş yanğın 3 nəfərin həyatına son qoyub.
Fhnews.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Yanğın nəticəsində ev 50 kvadratmetr sahədə tamamilə yanıb. Yanğının söndürülməsi zamanı üç nəfərin meyiti tapılıb”, – məlumatda diqqətə çatdırılıb.
Hazırda ölənlərin kimliyi, həmçinin yanğının başvermə səbəbləri müəyyənləşdirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...