22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Rusiyanın Tambov vilayətində qaz partlaması nəticəsində 3 nəfər ölüb
 

19-10-2024
IMG

Rusiyanın Tambov vilayətində bir yaşayış binasında qaz partlaması nəticəsində 3 nəfər ölüb.

Fhnews.az xəbər verir ki, məişət qazının partlaması Tambov vilayətinin Kirsanov şəhərində çoxmənzilli yaşayış binasında baş verib. Bu barədə vilayətin qubernatoru Maksim Yeqorov bildirib. Onun sözlərinə görə, üç sakin ölüb, daha yeddi nəfər xəstəxanaya çatdırılıb.

Yaşayış binasında partlayışdan sonra meydana gələn yanğın söndürülüb. Xilasedicilər konstruksiyaların bərpası işini davam etdirirlər.

Qubernatorun göstərişi ilə şəhərdə fövqəladə vəziyyət rejimi elan edilib.

Paylaş: