Rusiyanın Samara şəhərində yol qəzasında üçü azyaşlı olmaqla dörd nəfər ölüb
Rusiyanın Samara şəhərində minik avtomobilinin avtobusa çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb.
Fhnews.az xəbər verir ki, bu barədə eyniadlı vilayətin İstintaq Komitəsi məlumat yayıb.
İlkin məlumata görə, iyunun 9-na keçən gecə “Volkswagen Polo”nun sürücüsü idarəetməni itirərək avtomobilini dayanmış “Higer” markalı avtobusa çırpıb.
“9 iyun 2024-cü il tarixində, saat 4 radələrində (Bakı vaxtı ilə üst-üstə düşür – red.) Samaranın Krasnoqlinski rayonunda icarəyə götürülmüş avtomobilin sürücüsü gecəlik dayanmış avtobusa çırpılmaya yol açıb. Yol-nəqliyyat hadisəsi sonucunda üçü avtomobildəki azyaşlı sərnişin olmaqla dörd nəfər ölüb”, – regionun İstintaq Komitəsi bildirib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) cinayət işi açılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...