Rusiyanın iki bölgəsində neft müəssisəsində yanğın olub
Rusiyanın Komi Respublikasının Uxta bölgəsində neft emalı zavodunda və Novosibirskdə yanacaq sürtgü yağları materialları anbarında yanğın olub.
Fhnews.az TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarələri yayıb.
Bildirilib ki, Komidə yanğın 637 kv/m. sahədə neft məhsulları rezervuarını əhatə edib. Respublikanın başçısı Vladimir Uyba yanğının istismardan çıxarılan mazut çənində planlaşdırılmış işlər zamanı baş verdiyini söyləyib. O, itki olmadığını bildirib.
Bir müddət əvvəl hadisə nəticəsində müəssisədə iki nəfərin öldüyünə dair xəbər yayılıb. Hadisə ilə əlaqədar istehsal obyektləri üçün sənaye təhlükəsizliyi tələblərinin pozulması maddəsi üzrə cinayət işi başlanıb.
Novosibirskdə yanacaq-sürtgü materialları anbarında 2 450 kv/m. sahədə yanğın olub.
Qeyd edək ki, bir ay öncə anbarda yanğın olmuşdu. Hər iki yanğın söndürülüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...