Rusiyanın Amur vilayətində helikopter qəzasında 4 nəfər ölüb
Rusiyanın Amur vilayətində “Robinson R-66” helikopterinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Fhnews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə şərq regionlararası istintaq idarəsi məlumat yayıb.
İlkin məlumatlara görə, iyunun 20-də “Meridian” MMC-ə məxsus helikopter taxta emalı zavodunun ərazisindən havaya qalxsa da, təyinat yerinə çatmayıb. Axtarışlar bir sutkadan çox davam edib. Xilasedicilər onu tayqada tapıblar; pilot və üç sərnişin həlak olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...