Rusiyadan Çinə ticarət gəmisi: Arktikada yeni dövr
Bu yaxınlarda dünya dəniz ticarətinin ən kritik səyahətlərindən biri başa çatdı. Rusiyadan yola düşən nəhəng ticarət gəmisi Şanxaya 3 həftədən az bir müddətdə çatdı. Şimal dəniz yolu ilə bu səyahət Süveyş kanalı və ya Ümid burnundan daha qısadır. Mütəxəssislər yaxın gələcəkdə bu marşrutdan daha tez-tez istifadə olunacağı qənaətindədirlər.
Dünya ticarətinin böyük hissəsi dəniz yolu ilə həyata keçirilir. Lakin son illərdə yaranan risklər bu vəziyyətə birbaşa təsir göstərir. Rusiya-Ukrayna müharibəsi və ya İsrailin Yaxın Şərqi alovlandıran addımları ilk ağla gələn nümunələrdir. Xüsusilə də Süveyş kanalı ətrafında husilərin rəftarı yeni bir reallığı ortaya çıxarıb.
Məhz belə bir mühitdə bu yaxınlarda diqqətəlayiq bir daşıma baş verdi. Rusiyanın Peterburq şəhərindən yola düşən nəhəng ticarət gəmisi Şimal Dəniz Marşrutundan istifadə edərək 3 həftədən az müddətdə Çinin Şanxay limanına çatdı. Bu dəfə səyahət 294 metr uzunluğundakı “Flying Fish 1” gəmisi ilə edildi. Beləliklə, ilk dəfə olaraq belə böyük mülki platforma “buzqıran gəmilərə ehtiyac olmadan” Rusiyanı tərk edərək Çinə çata bildi.Qeyd edək ki, 10 il əvvəl bu marşrut xəyal belə edilməzdi.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...