Rusiyada yanğın 50 min kvadratmetr əraziyə yayılıb
Rusiyanın Sankt-Peterburq şəhərində ölkənin ən böyük elektron ticarət platforması “Vildberries”ə aid anbarda baş verən yanğın 50 min kvadratmetr ərazini külə çevirib. Yerli vaxtla saat 07.40 radələrində baş verən yanğın qısa müddətdə yayıldığı üçün bölgəyə Rusiya Fövqəladə Hallar Nazirliyinin 270 canlı qüvvəsi və 57 yanğınsöndürmə maşını göndərilib. Anbardan yüksələn güclü tüstü və alov sərnişin təyyarələrindən də görünüb.
Şirkətdən verilən açıqlamada anbarda olan hər kəsin təxliyə edildiyi və müştərilərin itkilərinin ödəniləcəyi açıqlanıb. Maddi ziyanın 10-11 milyard rubl (təxminən 126 milyon dollar) civarında olduğu açıqlanıb.
Yanğının elektrik naqillərindəki nasazlıq səbəbindən baş verdiyi deyilir. Hazırda Sankt-Peterburq Prokurorluğunda araşdırma başlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...