Rusiyada süni intellekt tətbiqi tibbi ixtisas imtahanından keçə bilib
Rusiyanın ən böyük maliyyə qurumu “Sberbank” tərəfindən hazırlanmış GigaChat süni intellekt proqramı tibb fakültəsini bitirən tələbələr üçün sınaq imtahanını uğurla başa vurub. GigaChat 100 suallıq testdə 82 faiz müvəffəqiyyət əldə edib, həmçinin cərrahiyyə, ginekologiya və mamalıq sahələrində üç ayrı iş üzrə şifahi imtahanı da tamamlayıb.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, GigaChatı inkişaf etdirən mütəxəssislər alqoritmin testdən keçməsi üçün 6 aylıq təlim prosesindən keçdiklərini və bu müddət ərzində Rusiyada tibb fakültəsi tələbələrinin istifadə etdiyi məqalələrdən və dərsliklərdən yararlandıqlarını vurğulayıblar.
Qeyd edək ki,bank xidmətləri ilə yanaşı, son illərdə texnologiyaya investisiyaları ilə gündəmə gələn “Sberbank” 2023-cü ilin aprel ayında ABŞ mərkəzli OpenAI-nin süni intellekt tətbiqi ChatGPT-yə alternativ olaraq inkişaf etdirdiyi GigaChatı istifadəyə verib. Söhbət, kodlaşdırma və şəkillər hazırlamaq kimi imkanlara da sahib olan platforma beynəlxalq rəqiblərindən fərqli olaraq rus dilində daha “ağıllı” ünsiyyət qura bilir.
GigaChatın 2024-cü ilin yanvar ayından etibarən 2,5 milyondan çox istifadəçisi var.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...