Rusiyada qasırğa nəticəsində 3 nəfər ölüb
Leninqrad vilayətində ötən gecə qasırğa zamanı 3 nəfər ölüb.
Fhnews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin şəhər və rayon üzrə istintaq idarələrinin mətbuat xidmətləri məlumat yayıb.
“İyulun 2-də səhər saatlarında Leninqrad vilayətinin Vsevolojsk rayonunun Novoye Toksovo kəndində kotteclərin inşasında işləyən 26 yaşlı Tacikistan vətəndaşının meyiti aşkar edilib”, - məlumatda qeyd olunub.
Bundan başqa, ötən gecə bir nəfərin öldüyü barədə məlumat verilib.
İyulun 1-də axşam Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində güclü leysan yağıb, şimşək çaxıb, bəzi yerlərdə dolu düşüb, küləyin sürəti 22-27 m/s-dək güclənib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...