Rusiyada meşə yanğınına görə regional fövqəladə vəziyyət tətbiq edilib
Buryatiya ərazisində təxminən 550 hektar sahədə meşə yanğınları davam edir.
Fhnews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Buryatiya Respublikası Meşə Təsərrüfatı Agentliyindən bildirilib.
“Avqustun 8-i səhər saatlarına olan məlumata görə, Kurumkan, Mui və Şimali-Baykal bölgələrində 7 meşə yanğını baş verib. Hazırda respublika ərazisində 548,3 hektar ərazini əhatə edən meşə yanğınlarının söndürülməsinə 5 texnika və 150 nəfər canlı qüvvə cəlb olunub.
Son 24 saat ərzində respublikada Şimal-Baykal bölgəsində bir meşə yanğını aşkar edilib. Yanğına səbəb şiddətli külək olub.
Buryatiya Respublikasının meşələrində regional fövqəladə vəziyyət rejimi qüvvədədir” – məlumatda deyilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...