22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Rusiyada iki tramvayın toqquşması nəticəsində yaralananların sayı 100-ü ötüb - YENİLƏNİB-2

06-06-2024
IMG

Rusiyanın Kemerovo şəhərində Tom çayı üzərindəki Kuznetski körpüsünün başlanğıcında iki tramvayın toqquşması nəticəsində yaralananların sayı 100 nəfəri ötüb.

Fhnews.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verib.

Yenilənmiş məlumatlara görə, 102 nəfər yaralanıb.

09:44

Rusiyanın Kemerovo şəhərində Tom çayı üzərindəki Kuznetski körpüsünün başlanğıcında iki tramvayın toqquşması nəticəsində 1 nəfər ölüb.

Fhnews.az xəbər verir ki, bu barədə şəhərin rəhbəri Dmitri Anisimov teleqram kanalında məlumat verib.

“Təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq, Loqovaya şosesində baş verən qəzada xəsarət alanlardan biri ölüb. Mərhumun yaxınları ilə görüşüb, ailəsinə tam dəstək verəcəyik”, - o qeyd edib.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 11 nəfər ambulator müalicəyə keçirilib.

08:38

Rusiyanın Kemerovo şəhərində Tom çayı üzərindəki Kuznetski körpüsünün başlanğıcında iki tramvay toqquşub.

Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 67 nəfər xəsarət alıb.

Kemerovo vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən İlya Seredyuk teleqram kanalında bildirib ki, yaralılardan üçünün vəziyyəti ağırdır:

“İkisi reanimasiyada, biri əməliyyat otağındadır. Həkimlər onların həyatları üçün mübarizə aparırlar. 10 nəfər ambulator müalicəyə göndərilib”.

Paylaş: