22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Rusiyada fərdi evdə baş vermiş yanğında 3 uşaq ölüb

20-10-2024
IMG

Rusiyanın Tula vilayətinin Demidovka kəndində fərdi evdə yanğın nəticəsində üç uşaq ölüb.

Fhnews.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda bildirib.

“Demidovka kəndində fərdi ev yanıb. Yanğınsöndürmə zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 8 yaşlı qız, 3 və 4 yaşlı oğlanların meyitlərini aşkar ediblər”, – məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, yanğın zamanı uşaqlar evdə təkbaşına olublar. Yanğının söndürülməsinə 15 mütəxəssis və 6 texnika cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: