Rusiyada ağır yol qəzasında 3 nəfər ölüb
Rusiyanın Sverdlovsk vilayətinin Tavda şəhərində avtomobilin dərəyə düşməsi nəticəsində üç nəfər ölüb.
Fhnews.az TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Dövlət Yol Müfəttişliyinin mətbuat xidməti məlumat verib.
“Üç nəfərdən ibarət bir qrup sürücünün düzgün olmayan sürət seçimi səbəbindən dərin dərəyə düşərək ölümlə nəticələnən qəzaya uğrayıb. Yol-nəqliyyat hadisəsi iyulun 29-da saat 00:00 radələrində (Bakı vaxtı ilə iyulun 28-i saat 23:00) Tavda şəhərində <…> baş verib”, – məlumatda deyilir.
İlkin məlumata görə, “Hyundai Solaris”in 32 yaşlı sürücüsü avtomobilin hərəkətinə daimi nəzarəti təmin etməyib, idarəetməni itirərək yoldan çıxıb. Maşın dərin dərəyə düşüb. Qəza nəticəsində sürücü, həmçinin onun sərnişinləri – 36 yaşlı kişi və şəxsiyyəti müəyyənləşdirilən qadın həlak olub. Onlar tibbi yardım gələnə qədər aldıqları xəsarətlərdən keçiniblər.
Faktla bağlı araşdırma aparılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...