Rusiyada ağır yol qəzasında 3 nəfər ölüb
Rusiyanın Krasnodar diyarının Armavir şəhərində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fhnews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün Armavirdə “Qafqaz” magistralında “Kamaz” markalı yük maşınının sürücüsü işıqforun qarşısında dayanmış iki “Kamaz” markalı yük maşını və “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan iki sərnişin həlak olub”, - deyə məlumatda bildirilir.
Qəzanın təqsirkarı olan yük maşınının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İdarənin məlumatına görə, faktla bağlı “Yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqdan üç nəfərin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...