Rusiyada 7,8 bal gücündə zəlzələ olub
Rusiyanın Buryatiya Respublikasında 7,8 bal gücündə zəlzələ qeydə alınıb.
Fhnews.az xəbər verir ki, bu barədə Rusiya FHN-in İrkutsk vilayəti üzrə İdarəsi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 20:52-də baş verib. Zəlzələnin mərkəzi Buryatiyanın Saxuli yaşayış məntqəsindən 58 kilometr aralıda yerləşib. Burada təkanların gücü 7,8 bala çatıb. İrkutskda 3 bal, Olxonsk rayonunda 3-4 bal, Kazaçinsko-Leninsk rayonunda isə 4 bal gücündə zəlzələ olduğu bildirilir.
FHN-nin məlumatına görə, zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...