Rusiya prezidenti Vladimir Putin 2024-cü ili “ailə ili” elan edib
Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin başlanmasına saatlar qalmış ənənəvi Yeni il təbrikini edib. Putin 2024-cü ili “ailə ili” elan edib. O, çıxışında bunları söyləyib : “Biz 2023-cü illə vidalaşırıq və bu, tezliklə tarixin bir parçası olacaq. Gələcəyi yaratmaq üçün irəli getməliyik. Geridə qoymağa hazırlaşdığımız ildə çox çalışdıq və çox şey əldə etdik. Biz ümumi nailiyyətlərimizlə fəxr edir, sevinirik və milli maraqlarımızı, azadlığımızı və təhlükəsizliyimizi, bizim üçün sarsılmaz əsas olmuş və olmaqda davam edən dəyərlərimizi müdafiə etməyə davam edəcəyik.”
Hər bir Rusiya vətəndaşının hiss etdiyi məsuliyyəti dərk etdiyini deyən Rusiya Prezidenti Putin “Biz birlikdəyik və bu, Rusiyanın gələcəyinin ən etibarlı təminatıdır”-deyib.
Rusiya liderinin çıxışı saat qurşağı fərqinə görə Moskvadan əvvəl yeni ilə qədəm qoyan Kamçatka və Çukotkada yayımlanıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...