Rusiya parlamenti uşaq sahibi olmağın əleyhinə təbliğatı qadağan edən qanun layihəsini qəbul edib
Rusiya parlamentinin aşağı palatası Duma uşaq sahibi olmağın əleyhinə təbliğatı qadağan edən qanun layihəsini qəbul edib. Bu təbliğatı aparanlara qarşı cəza tədbirləri görüləcək. Amma sözügedən qərar təkcə Rusiya vətəndaşlarına aid deyil.
Buna uyğun olaraq uşaqsızlığı təbliğ edən şəxslər və təşkilatlar müəyyən edilərək cərimələnəcək.
Qanuna görə, dövlət qulluqçularından başqa şəxslər 100 min rubla (təxminən 1000 dollar), dövlət qulluqçuları 200 min rubla (2 min dollar), hüquqi şəxslər isə 800 min rubla (8 min dollar) qədər cərimələnəcək.
Media vasitələri ilə təbliğat aparılarsa, 5 milyona qədər (51 min dollar) cərimə tətbiq ediləcək və ya bunu həyata keçirən təşkilatın fəaliyyəti 90 günə qədər dayandırılacaq.
Bildirilib ki, sözügedən qanun ənənəvi ailə dəyərlərinin qorunması məqsədilə qəbul edilib. Qəbul edilmiş qanuna əsasən, bu qadağa təkcə Rusiya vətəndaşlarına deyil, həm də Rusiyada yaşayan xarici ölkələrin vətəndaşlarına da şamil ediləcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...