22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Rusiya ilə Şimali Koreya arasında dəmiryolu əlaqəsi bərpa edilir

26-06-2024
IMG

İyunun ortalarında Rusiya ilə Şimali Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanması ilə iki ölkə arasında münasibətlər inkişaf edib. Rusiya koronavirus epidemiyası səbəbiylə Şimali Koreyaya birbaşa qatar səfərlərinin 4 ildən sonra bərpa ediləcəyini açıqlayıb.

Bildirilib ki, iyulda başlayacaq reyslər Vladivostok şəhəri ilə Şimali Koreyanın Rason limanı arasında həyata keçiriləcək. Məsələ ilə bağlı açıqlama verən Rusiyanın Şimali Koreya ilə sərhədində yerləşən Primorsk diyarının qubernatoru Oleq Kozhemyako bildirib ki, Vladivostokda qatara minən sərnişinlər birbaşa Şimali Koreyaya gedəcək.

Paylaş: