22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

24-06-2024

Hörmətli Vladimir Vladimiroviç.

Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı.

Bu qanlı cinayətləri qətiyyətlə pisləyir, terrorizmin bütün forma və təzahürləri ilə mübarizəni dəstəkləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərin tezliklə şəfa tapmasını arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2024-cü il

Paylaş: