22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

29-05-2024

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Sizi və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Bu bayram ölkənin zəngin tarixini, onun sarsılmaz suverenliyini və müstəqilliyini, dünya arenasında nüfuzlu mövqeyini, həmçinin Azərbaycan xalqının birliyini təcəssüm etdirir. Azad olunmuş ərazilərin fəal şəkildə bərpası ölkənin nailiyyətlərinin növbəti örnəyi oldu.

Əminəm ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə sürətli inkişaf yolunu uğurla davam etdirəcək. Mehriban qonşular olan ölkələrimiz arasında səmimi münasibətlər isə yeni strateji tərəfdaşlıq əsasında və iqtisadi, təhsil, humanitar, mədəni əməkdaşlıq sahələrində xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəkdir.

İcazə verin, Sizə, doğmalarınıza və Azərbaycan xalqına sülh, əmin-amanlıq, cansağlığı, xoşbəxtlik və bütün sahələrdə yeni uğurlar naminə tükənməz enerji arzulayım.

Hörmətlə,

Dmitri Savelyev

Rusiya Federasiyası Dövlət Dumasının deputatı,

Azərbaycan Respublikasının parlamenti ilə dostluq

qrupunun əlaqələndiricisinin müavini

Paylaş: