Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd Şəhər Deputatlar Məclisinin sədri Həsən Mirzəyevdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
İcazə verin, Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edim. 2024-cü il fevralın 7-də mən prezident seçkilərində Rusiya Federasiyasından beynəlxalq müşahidəçi qismində iştirak edirdim. Seçkilər açıq, şəffaf, demokratik, yüksək hüquqi və təşkilatı səviyyədə, beynəlxalq standartlara və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun keçirildi. Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edərək özlərinin seçmək hüququnu həyata keçirdilər.
Cənab Prezident, Siz Azərbaycanın Ümummilli Lideri, dünya miqyaslı siyasətçi, ölkənin inkişafına böyük töhfələr vermiş Heydər Əliyevin siyasi kursunun layiqli davamçısısınız. Fürsətdən istifadə edərək bildirirəm ki, Rusiya ilə Azərbaycanı tarixən qədim qonşuluq və qarşılıqlı etimad münasibətləri birləşdirir. Xalqlarımızın dostluğunun, eləcə də ümumi tarix və mədəniyyətinin dərin kökləri vardır. Dağıstan və Azərbaycan xalqlarını isə həm də Böyük Vətən müharibəsi illərində döyüş meydanlarında özünü daha bariz göstərmiş çoxəsrlik qardaşlıq bağları birləşdirir.
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Sizə möhkəm cansağlığı, uğurlar arzulayıram. İnanıram ki, Rusiya ilə Azərbaycan arasındakı dostluq münasibətləri xalqlarımızın rifahı naminə gələcək əməkdaşlıq üçün möhkəm zəmin olacaqdır.
Hörmətlə,
Həsən Mirzəyev
Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd Şəhər
Deputatlar Məclisinin sədri
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...
Kambocanın Kralı Əlahəzrət Norodom...
Özbəkistan Respublikasının Prezidenti...