22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Rusiya Duması kriptovalyuta mədənçiliyini leqallaşdıran qanunu təsdiqləyib

30-07-2024
IMG

Rusiyada parlamentin aşağı palatası olan Dövlət Duması kriptovalyuta mədənçiliyini leqallaşdıran qanunu qəbul edib.

Dumada keçirilən sessiyada kriptovalyuta mədənçiliyini leqallaşdıran qanun təsdiqlənib.Müvafiq olaraq, Rusiya hökumətinin müəyyən etdiyi fiziki şəxslər və şirkətlər müəyyən edilmiş enerji istehlakı limitlərini aşmamaq şərti ilə kriptovalyutaları hasil edə biləcəklər.

Qəbul edilmiş qanunun qüvvəyə minməsi üçün əvvəlcə Rusiya Federasiya Şurası, sonra isə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiqlənməlidir.Duma rəqəmsal maliyyə aktivlərinin beynəlxalq ödənişlərdə istifadəsinə icazə verən qanunu fevralın 27-də qəbul edib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı 2021-ci ildə hazırladığı hesabatda ölkədə kriptovalyutaların tam qadağan edilməsini istəyib, lakin Ukrayna müharibəsindən sonra Rusiya banklarının SWIFT ödəniş sistemindən çıxarılması səbəbindən kriptovalyutalar getdikcə geniş yayılıb.

Paylaş: