Rusiya aviaşirkəti Moskvadan Lənkərana uçuşlar həyata keçirəcək
Rusiyanın “Utair” aviaşirkəti iyunun 22-dən etibarən Moskva ilə Lənkəran arasında uçuşlar həyata keçirəcək.
Fhnews.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, aviareyslər hər həftənin şənbə günü həyata keçiriləcək. Təyyarə Moskvadan saat 17:00-da, Lənkərandan isə 22:50-də qalxacaq. Uçuş müddəti 3 saat 40 dəqiqədir.
“Utair” aviaşirkətinin prezidenti Oleq Semyonov qeyd edib ki, kompaniya yay aylarında xarici istiqamətlərdə uçuş proqramını xeyli genişləndirib və Antalya, Bakı, Səmərqəndə aviareyslər əlavə olunub. O bildirib: “İndi isə “Utair” üçün yeni istiqamətə - Lənkərana uçuşlara başlayırıq. Əminəm ki, Xəzərin sahilinə səyahət sərnişinlərimizin xoşuna gələcək”.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...