Rumıniyada süd zavodunun 4 işçisi çənə düşərək ölüb
Rumıniyanın İbeneşt şəhərindəki süd zavodunda 4 nəfər çökdürmə çəninə düşərək ölüb.
Fhnews.az Rumınıya mediasına istinadla xəbər verir ki, hadisə yerinə gələn 5 xilasetmə qrupu müəssisənin inzibatçısının, direktorunun və iki fəhlənin çökdürmə çəninə düşdüyünü müəyyən edib. Yaşları 47-56 arasında olan dörd nəfər yanğınsöndürənlər tərəfindən çıxarılaraq tibbi briqadalara təhvil verilib.
Zavodun inzibatçısı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Zavod direktorunu helikopterlə Yassıdakı xəstəxanaya göndərmək qərara alınıb, lakin o da ölüb.
Polis hadisənin səbəblərini aydınlaşdırmaq üçün yoxlamalara başlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...