Rumıniya əhaliyə içməli sudan qənaətlə istifadə etməyi tövsiyə edir
Rumıniyada anomal istidən sonra quraqlıq başlayıb.
Fhnews.az xəbər verir ki, bu barədə Rumıniya radiosu məlumat yayıb.
Bildirilir ki, ölkənin 449 yaşayış məntəqəsində (ümumi yaşayış məntəqəsinin 15%-i), o cümlədən Dorohoi, Tarqu Neamt, Tarqu Ocna, Roman, Pascani, Hirlau və qismən də mərkəzi su təchizatı olan İasi şəhərlərində su təchizatında məhdudiyyətlər tətbiq edilib. Mərkəzi su təchizatının olmadığı, yalnız ayrı-ayrı su mənbələrinin olduğu 251 yaşayış məntəqəsində quyular quruyub. Quraqlıqdan ən çox əziyyət çəkən rayonlar Botoşani, İasi, Alba və Qorj olub.
Rumıniyanın Cernavoda (Konstansa qraflığı) atom elektrik stansiyasında su təchizatında heç bir problem yoxdur.
Hakimiyyət əhalini suyu, xüsusən də içməli suyu rasional istehlak etməyə çağırıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...