Rumeli Qalasında 125 metrlik tunel aşkar edilib
İstanbul Böyükşəhər Bələdiyyəsinin Mədəni İrs İdarəsinə bağlı İBB Miras qrupları Rumeli qalasında bərpa işləri apararkən 125 metrlik tunel tapıblar.
Qalada bərpa işlərinin aparıldığı tikinti sahəsində mətbuata açıqlama verən İBB baş katibinin müavini Mahir Polat tunelin uzunluğunun 125 metr, hündürlüyünün 1-1,5 metr, yerlərdə isə 3-4 metr olduğunu bildirib.
Tunelin qaladan keçərək Doğatəpəyə doğru uzandığını bildirən Polat müxtəlif qollarla digər kanallarla əlaqə əlamətləri aşkar etdiklərini də vurğulayıb.
Tunellə bağlı arxeometriya araşdırma üsulu ilə havan, material və tikinti texnikası analizlərinin aparılacağını ifadə edən Polat "Bu bərpada indiyə qədər üzə çıxarılmayan məqamlar bu cür nümunələrlə bir-bir ortaya qoyulur. Bizdə də var. İçəridəki müxtəlif tapıntıları bir müddətdir burada ictimaiyyətlə paylaşacağıq.”-deyib.
İstanbuldakı yeraltı keçidlərin ictimaiyyət arasında tez-tez danışıldığını xatırladan Polat bölgədə sıx yeraltı keçid nöqtələrinin olduğunu elmi şəkildə sübut etdiklərini bildirib.
Polat bildirib ki, bərpa işləri tamamlandıqdan sonra tuneli ziyarətçilərin üzünə açacaqlar.
İşlər tamamlandıqdan sonra Fateh Mehmet dövrünün əhəmiyyətli adları Çandarlı Xəlil Paşa, Zağanos Paşa və Saruca Paşanın xatirəsini yad edən üç qüllənin ziyarətçilərin istifadəsinə verilməsi planlaşdırılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...